19 oktyabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında “Şuşa ili”nə həsr edilmiş “Şuşa sən azadsan” devizi altında “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
Demokrat.az xəbər verir ki, tədbirdə ilk öncə Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.
Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Müasir Şuşanın yenidən qurulması Ali baş Komandan Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Prezident cənab İlham Əliyevin sərəncamı Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etmişdir.Sonra isə komandalara uğurlar arzuladı.
Sonra püşkatma keçirildi.Püşkatmadan sonra iştirakçılara "Xəmsə" Milli İntellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi.
Maraqlı mübarizə şəraitində keçən “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin yekununda III yeri şəhər 8 saylı tam orta məktəbin “Everest” komandası , II yeri şəhər 2 saylı tam orta məktəbin “Zəka” komandası , I yeri isə şəhər 1 saylı məktəb-liseyin “Zəfər” komandası qazandı.
Sonda qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular