“Bilmirəm, hörmətli psixoloq bunu haradan götürüb. Yəqin ki, onun gənclərdən və dağılan ailələrdən xəbəri yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi”nin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O, psixoloq Gülnar Orucovanın “Azərbaycan kişiləri seksual acdır” bəyanatına münasibət bildirib:
“Azərbaycan cəmiyyətində intim məsələlər, habelə həm qadın, həm də kişilərin seksual potensialı ilə bağlı heç bir ciddi araşdırma və tədqiqat aparılmır. Məxsusi olaraq Azərbaycan insanını o tədqiqatlara cəlb etmək lazımdır. Burada psixoloqlar, psixo-analitiklər, cəmiyyətşünaslar, sosioloqlar, seksoloqlar və intim xəstəliklərlə bağlı tibb mütəxəssislərinin iştirakı ilə beyin mərkəzlərində, dövlətin sifarişi əsasında araşdırmalar getməlidir.
Son illər bəzi hallarda bağlanan nikahların 80%-də ailələrin dağılmasın əsas səbəblərindən biri də cütlüklər arasında seksual uyğunsuzluq və yataqda bir-birilərini başa düşməmə, təbiətdən gələn ilahi bir həzzin, yəni intim münasibətlər zamanı alına biləcək zövqün yoxluğudur. Üstəlik, energetik içkilərin həddindən artıq istifadə edilməsi, narkotik maddələrdən istifadənin çoxalması, genetik faktorlar, qidalanma ilə bağlı problemlər, “fast-food”lardan gen-bol istifadə, oturaq həyat tərzi, işsizlik və koronavirusla bağlı problemlər yeni nəslin, xüsusən də gənc oğlanların seksual potensialını həddindən artıq aşağı salıb.
Mən bilmirəm, psixoloq hansı arqumentləri əsas götürüb, amma ən azı bir küçəyə çıxmaq lazımdır. Son vaxtlar özlərini qadın kimi aparan kişilərin sayının artdığını görürəm. Ona görə də bir qədər bu fikri sələndirməkdə ehtiyatlı olmalıdır”.
Kulturoloq əmindir ki, Qafqaz və Azərbaycan kişisi digər millətlərdən fərqli olaraq hələlik Avropa və inkişaf etmiş ölkələrə, hətta uzaq Şərq ölkələrinə nisbətən seksual baxımdan daha aktivdir:
“Bir çox problemlər genefondumuzu təhlükə altına alıb. Ətrafda olan insanların çoxunda həvəssizlik, maraqsızlıq var. Əvvəllər gözəl xanımların üzərinə maraqlı baxışlar yönəlirdi, amma indi bu yoxdur. Ümumiyyətlə, şəhərdə gəzən zaman qızların bir-birilərinin qoluna girməsi, oğlanların bir-biri ilə gəzməsi faktı daha çoxdur. Əgər cavanlar görüşən zaman bir-biri ilə öpüşürsə, bu, artıq sevgi yox, dostluq münasibətləridir. Dostluq münasibətlərinin qurulmasına səbəb isə gənclərimizdəki immunitetin, orqanizmin, seksual baxımdan enerjisinin azalması və s. azalmasını nümayiş etdirir. Bununla bağlı cəmiyyətdə müəyyən araşdırmalar aparılmalıdır”.
A. Əbilov vurğulayıb ki, sadalanan problemlər nəinki mənəvi-psixoloji, həm də sosial-mədəni və tibbi böhrana aparıb çıxara bilər:
“Yəni genefondun dağılmasından tutmuş bir çox xəstəliklərin yayılmasına, intiharların artmasına, evlilərin ayrı-ayrı yaşamasına və nikahların dağılmasına çıxara bilər. Çünki ailə kiçik bir dövlətdir və istər-istəməz ailə möhkəm olmalıdır ki, bu kiçik dövlət inkişaf etsin. Zəif, potensialı az olan, öz xanımını və yaxud partnyorunu həvəsləndirə bilməyən, onun cinsi istəklərini ödəyə bilməyən şəxsin özü psixoloji bir depressiyaya düşə bilər ki, bu da həm onun, həm də ailəsinin qarşısında problemlər yarada bilər.
Biz bunu açıqlamasaq da, intiharların böyük əksəriyyəti həm də intim məsələlərlə bağlıdır. Məsələn, mənim bir çox oxucularım bu barədə mənə müraciət edirlər. Araşdıranda görürük ki, bunlar partnyorları ilə dərin problemlər yaşayırlar. Bu da əlbəttə ki, cəmiyyətin özündə olan düşüncədəki problemlərin olduğunu göstərir”.
Tarixə ekskursiya edən həmsöhbətimiz söyləyib:
“Keçmişlərdə Azərbaycan cəmiyyətində nişanlanma mərasimi vardı. Ən azı toy olmamışdan əvvəl cütlüklər 6 ay, 1 il nişanlı qalırdılar və bu nişanlı qalma sonralar problemə çevrilmirdi. Yəni nişan pozulanda hər ikisi ayrılıb başqaları ilə evlənə bilərdilər. Amma bir başa indiki kimi bu gün tanış olub, sabah şadlıq evi tapıb, o birisi gün toy edirlər və sonra 3 aydan sonra adiləşir, ailə məsuliyyəti olmur və tərəflər arasında bir-birinə hörmət, sayğı yoxdur deyə, ailələr dağılır. Amma nişanlı olduqları dövrdə bu insanlar bir-biriləri ilə gəzib, bir-birini tanıyırdılar. Ən azından, bədənin qoxusundan tutmuş dilinə, xasiyyətinə qədər bir çox cəhətləri öyrənib adaptasiya olurdular”.
Aydın Xan Əbilov izah edib ki, bir çox bölgələrimizdə “nişanbazlıq” adlı adət var:
“Yəni nişanlı dövrdə qızla oğlan görüşürdülər. Orada intim münasibətlər qadağan olsa da, bu tabulara fikir verən də olmurdu. Bir çox qadınlar hətta toylarına qədər hamilə olurdular və heç kim də buna pis baxmırdı. Çünki adaptasiya dövrünü keçəndən sonra insanlar artıq bir-birinə öyrəşir və sevgi məsələsindən tutmuş ailə-məişət problemlərinin həllinə qədər bir çox şeylərə öyrənirdilər. Bu da onlara rahat, gələcəyin möhkəm bir ailəsinin qurulmasına kömək edirdi.
Avropada buna vətəndaş nikahı da deyirlər. Lakin Azərbaycanda ictimai və vətəndaş nikahı bir institut olaraq oturuşa bilmədi. Çünki daha böyük problemlər yaradır. Yəni insanlar ailədən kənar münasibətləri qurmaq üçün vətəndaş nikahlarında və məşuqə saxlamaqda maraqlıdırlar. Yaxud qadınlarımız həci axtarmağa meyllidirlər. Amma bu, olmamalıdır, çünki vətəndaş nikahı bütün dünyada bir təsisat kimi, ailə münasibətlərinə bir alternativ həyat tərzi kimi qəbul edilir. İnsanlar bunu keçəndən sonra rəsmi evliliyə qədəm qoyurlar”.