Bayden mikrofonun açıq olduğunu unudub söyüş söydü — VİDEO

DÜNYA 06 okt 2022, 12:42
ABŞ lideri Co Bayden daha bir kurioz hadisə ilə gündəm olub. Bu dəfə o, mikrofonun açıq olduğunu unudub və söyüş söyüb.

Məlumata görə, bu, Florida ştatında Fort Myers Biç meri Rey Mörfi ilə görüşdə baş verib. Prezident məmurla söhbətində “İan” qasırğasından zərərçəkənlərə kömək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

“Heç bir şey Baydenə qalib gələ bilməz!” – deyən dövlət başçısı özünü saxlaya bilməyib, ardınca senzuradan kənar ifadələr işlədib.

Veriliş canlı yayımlandığından bununla bağlı  kadrlar sosial şəbəkələrdə geniş yayılıb.
Qeyd edək ki, ölkə tarixində ən dağıdıcı qasırğalardan birinə çevrilən “İan” qasırğası sentyabrın 23-də Yamaykadan təxminən 625 km cənub-şərqdə Atlantik okeanında əmələ gəlib və şimal-qərbə doğru irəliləməyə başlayıb. Milli Qasırğa Mərkəzinin məlumatına görə, sürəti saatda 250 km-ə çatan külək beşinci kateqoriyaya (ən təhlükəli) qədər güclənə bilər. Sentyabrın 27-da ştata çatan qasırğa Floridada çoxsaylı dağıntılara səbəb olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb. Təbii fəlakətin yaratdığı daşqınlar zamanı küçələrdə hətta köpəkbalığına rast gəlinib. Ştat rəsmiləri sakinlərə qasırğa səbəbindən küçələrdə başqa təhlükəli canlıların ola biləcəyi barədə xəbərdarlıq edib. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top