Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırlaşıb

SOSİAL 05 okt 2022, 16:27
Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb.

Cəzaçəkmə müəssisəsində ürəyində problem yaranan sabiq icra başçısı müayinədən keçirilib.

Ədliyyə Nazirliyin Tibb Xidməti əməkdaşlarının ilkin müayinəsindən sonra Qoca Səmədovun ürəyində çat əmələ gəldiyi bildirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: “Hazırda Qoca Səmədovun vəziyyəti kəskin ağırdır. Həkimlərin dediyinə görə, onun ürəyində infarkt əlamətləri var, çat əmələ gəlib”, – deyə vəkil bildirib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının həbs müddətini 6 ilə endirib. Ali Məhkəmə isə ittiham olunduğu vəzifə saxtakarlığı maddəsini ləğv edərək cəzasını 3 ay azaldıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top