Putin yeni ərazilərə “rəhbər”lər təyin etdi

REGİON 05 okt 2022, 14:13
Rusiya Prezidenti Vladimir Putin “Donetsk və Luqansk Xalq Respublikaları”, eləcə də Xerson və Zaporojye vilayətlərinə müvəqqəti “rəhbər”lər təyin edib. 

Demokrat.az
Rusiya mediasına istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Bununla da, Denis Puşilin “Donetsk Xalq Respublikası”nın, Leonid Paseçnik “Luqansk Xalq Respublikası”nın, Yevgeniy Baliçkiy Zaporojye, Vladimir Saldo isə Xerson vilayətinin “rəhbər”i təyin olunub. 

Sözügedən şəxslər regionlara “qubernator”lar seçilənə qədər həmin ərazilərə “rəhbərlik edəcək”lər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top