Komitə sədrindən SƏRT REAKSİYA — “O zərər Fransa tərəfindən ödənilməlidir”

SİYASƏT 04 okt 2022, 16:09
Azərbaycan Fransa hökumətindən təzminat tələb edir. Bu barədə rəsmi Bakının oktyabrın 3-də Parisə verdiyi etiraz notasında qeyd olunub.

Məsələ ilə bağlı danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Demokrat.az-a açıqlamasında bildirib ki, beynəlxalq qanunlar haqqında yalnız danışmaq yox, onları real qorumaq da lazımdır. 

“Təəssüflər olsun ki, son zamanlar Azərbaycanın diplomatik nümayəndəliklərinə və Azərbaycan Mədəniyyət Mərkəzinə dağıdıcı hücumlar var. Lakin görünən odur ki, Fransa tərəfi daha çox qanunlar haqqında danışır, ancaq qanunlara riayət etmək fikrində deyil. Yadınızdadırsa, br neçə gün əvvəl Afrika ölkələrinin birində Fransa səfirliyinə hücum olundu. Nə böyük bir skandal başladı? Böyük etiraz oldu ki, belə olmaz! Qanunlara riayət etmək lazımdır! Bu, nə deyilən şeydir bizim səfirliyimizə hücum ediblər?!  

Yaxşı, bu tərəfdən belə bir bəyanat verirsən, ancaq öz paytaxtında, Parisdə, özü də mərkəzdə Azərbaycan səfirliyinə hücum olunur. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Eyfel qülləsinin tam yanındadır, ora hücum olunur. Ancaq, siz bu yerlərdə təhlükəsizliyi təmin edə bilmirsiniz. Əgər təhlükəsizliyi təmin edə bilirsinizsə, o zaman hansı beynəlxalq qanundan danışmağa haqqın var? Ona görə də, son hadisələr, xüsusilə qapıya boyanın çəkilməsi, şüşənin sındırılması və s. məsələlər  Fransa tərəfindən birmənalı izlənilməli, o zərər ödənilməlidir. Burada sadəcə söhbət miqdardan getmir, burada rəmzi mənada gedir ki, qoruya bilmirsənsə, ödə. Ona görə də, hesab edirəm ki, bu addım tamamilə düzgündür və bunun böyük bir mənası var. Qanunlardan danışmaq yox, onları qorumaq lazımdır!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top