Bakı metrosunda sərnişin eskalatoru saxlayıb

HADİSƏ 04 okt 2022, 11:42
"Bakı Metropoliteni" QSC-nin "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini basaraq eskalatoru saxlayıb.

Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, dərhal eskalatora texniki baxış keçirilib, hər hansı texniki nasazlıq aşkar edilməyib.

"Eyni zamanda, sərnişinlərdən xəsarət və yaxud hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb", - deyə o, qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top