Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatından kənarlaşdırıldı

GÜNDƏM 01 okt 2022, 23:17
Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) idarə heyətinə yenidən seçilmək üçün kifayət qədər səs toplaya bilməyib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) oktyabrın 7-dək Monrealda davam edən assambleyasında Rusiya 36 ölkədən ibarət təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

ICAO-nun prezidenti, Cənubi Afrika Respublikasının Mülki Aviasiyasının baş direktoru Poppi Hoza vəziyyəti görünməmiş hadisə adlandırıb. (APA)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top