"Rusiyada yaşayan azərbaycanlılar dini əsas götürüb müharibədə iştirak etməyə bilərlər" — AÇIQLAMA

GÜNDƏM 01 okt 2022, 21:17
Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatlarından sonra Prezident Vladimir Putin qismən səfərbərlik elan edib. Putinin bu qərarından sonra Rusiyada əhali kütləvi etirazlara başlayıb. Bir sıra şəhərlərdə hərbi komissarlıqlara hücumlar olub, yüzminlərlə Rusiya vətəndaşı ölkəsini tərk edib. Orada yaşayan vətəndaşlarımız da Azərbaycana qayıtmaq və oradakı müharibədə iştirak etmək istəmədiklərini bildirirlər. Bəs, bu halda Azərbaycan dövləti hansı addımı ata bilər?

Sualımızı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri Demokrat.az-a açıqlamasında bunları deyib:



“Rusiyada yaşayan azərbaycanlılar iki kateqoriyaya bölünür. Birinci kateqoriya Rusiya vətəndaşı olan azərbaycanlılar, ikincisi Rusiyada müvəqqəti yaşayan azərbaycanlılar. Rusiyada müvəqqəti yaşayan azərbaycanlıları müharibə aparmağa Rusiyanın ixtiyarı yoxdur.  Amma, digər Rusiya vətəndaşı olanları isə müharibəyə apara bilər. Azərbaycan konstitusiyasında ikili vətəndaş olmadığına görə, Azərbaycan vətəndaşlığından çıxmadan başqa ölkənin vətəndaşlığının qəbul etməyi qanunazidd olduğunu əsas götürüb. Azərbaycan vətəndaşından çıxmayıb, lakin Rusiya vətəndaşı olan azərbaycanlıları da  bu müharibədən iştirakdan xilas edə bilər. İkinci tərəf bundan ibarətdir ki,  orada yaşayan azərbaycanlılar ən azı öz dini inanclarına uyğun bu müharibədə iştirakı düzgün hesab etmədiklərini elan etməlidirlər. Çünki bizim Qurani-Kərimə görə müsəlmanlar yalnız onlarla vuruşanlarla vuruşmalıdır. İndiki halda Rusiya Ukrayna ilə vuruşur. Yəni, ən azı dini əsas götürüb, müharibədə iştirak etməyə bilərlər. Hər şey oradakı azərbaycanlıların nə dərəcədə bu müharibəyə münasibətindən asılıdır. Azərbaycan hökuməti açıq şəkildə Rusiyanın daxili işlərinə qarışa bilməz, o adamlar ki, Rusiyanın vətəndaşıdır, onlar vətəndaş kimi dövlət orqanlarının əmrlərinə, qərarlarına tabedirlər. Ona görə də, Azərbaycanın ciddi şəkildə bu prosesə qarışması Azərbaycan üçün ciddi problem yarada bilər”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top