“Rusiya Ukraynanın bir dövlət kimi məhv olmasını həyata keçirməyə başlayacaq”

GÜNDƏM 01 okt 2022, 19:03
“Rusiya Avropanın təhlükəsizlik arxitekturasını dağıdaraq, dövlətlərin beynəlxalq səviyyədə qəbul edilən sərhədlərin zorla dəyişidirərək anneksiya siyasəti ortaya qoydu”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Ukraynanın əks-hücumları yeni mərhələ keçir:

“Rusiya da səfərbərlik nəticəsində yeni birliklər yaradır. Noyabrdan Rusiyanın hücumları gözlənilir. Kreml yeni ərazilər işğal etməklə Rusiyaya birləşdirib, sonda Ukraynanın bir dövlət kimi məhv olmasını həyata keçirməyə başlayacaq. Gələn aydan Rusiyanın intensiv hücumları gözlənilir. Bir ay ərzində Ukraynaya yeni hücum və uzaq vuran artilleriya sistemləri verilərsə, Rusiyanın planı baş tutmayacaq”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top