“Bakı Rusiyanın ilhaqını tanımayacaq”

SİYASƏT 01 okt 2022, 18:00
“Rusiyanın Ukraynaya məxsus 4 vilayəti ilhaq etməsi ehtimal NATO-Rusiya qarşıdurmasını daha da aktuallaşdırır. Rəsmi Bakı bu toqquşmadan yayınmaq üçün Rusiyanın ilhaqını tanımayacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. 



“Çünki bu beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan isə həm beynəlxalq hüquqa riayət edilməsinin, həm də ölkələrin suverenliyinin pozulmamamasının tərəfdarıdır. Digər tərəfdən isə rəsmi Bakının həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır. Hətta, bir neçə dəfə tərəflər arasında vasitəçiliyini də təklif edib. Düşünürəm ki, Azərbaycan Rusiyaya qarşı Qərb ölkələrinin başlatdığı sanksiyalara qoşulmadığı kimi Ukrayna ərazilərinin işğalını da tanımayacaq. Qeyd edim ki, Bakı 2014-ci ildə Krıma Rusiyanın qanunsuz ilhaqını tanımamışdı, bu gün də Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını tanımayacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top