Deputat: “Şəhid qardaşına imtiyazlı şəxs kimi birotaqlı mənzil təklif olunub”

GÜNDƏM 29 sen 2022, 13:02
“Azərbaycan dövlət siyasətinin ən vacib istiqaməti əlbəttə ki, bizim əziz şəhidlərimizin, ailə üzvlərinin, o cümlədən ərazi bütövlüyümüz uğrunda xəsarət alıb, əlillik almış şəxslərin, müharibə əlillərinin dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycan prezidenti tərəfindən bütün dövlət qurumları qarşısında bu məsələni bir nömrəli vəzifə kimi müəyyənləşdirilmişdir. Eyni zamanda, bu əsas təbəqədə olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılnası üçün dövlət başçısı tərəfindən sərəncam imzalanmış və 2021 və 2025-ci illəri əhatə edir. Artıq bununla bağlı əməli praktik işlər görülməkdədir. Əlbəttə ki, bununla bağlı qanunvericiliklə şəhid ailəsinin statusuna malik insanlar da müəyyənləşdirilmişdir. Düşünürəm ki, bu günlərdə sosial şəbəkələrdə müzakirə olunan bir məsələ şəhid Səbuhi Əhmədovun qardaşı Sənana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir otaqlı evin verilməsi və bu evdən imtina olunması geniş müzakirəyə səbəb olmuşdur. Amma, burada hər hansı bir qanun pozuntusu yoxdur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. 

“Bir daha qeyd edim ki, şəhid ailəsi üzvlərinin statusu ilə bağlı qanunvericilikdə müəyyənləşmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin şəxsə şəhid ailəsinin üzvü kimi deyil, imtiyazlı ailə üzvü kimi bir otaqlı evin təklif edilməsi əlbəttə ki, humanist bir addımdır. Onun bu evdən imtina etməsi də, əlbəttə ki, onun şəxsi işidir. Bir daha deyirəm ki, şəhid ailəsi üzvü olmaq statusu qanunvericiliklə müəyyənləşib və həmin şəxs də bu statusa malik deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən açıqlamada bir daha açıq şəkildə göstərilir ki, sadəcə imtiyazlı şəxs kimi bu şəxsə bir otaqlı mənzil təklif olunub. Əlbəttə ki, nazirlik bu məqamda düşünürəm ki, humanist bir addım ataraq belə bir təkliflə çıxış ettmişdir”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top