İsrail MN: İranın zorakılıq fəaliyyətində kəskin artım müşahidə olunur

DÜNYA 12 sen 2022, 21:44
İsrail kəşfiyyatının əldə etdiyi məlumatlar sübut edir ki, İran Suriyanın ərazisində raket və digər silahların istehsalı üçün 7 obyekt tikib.

APA-nın İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumatına görə, bu açıqlama ilə İsrailin müdafiə naziri Beni Hans Nyu-Yorkdakı mətbuat konfransında bildirib.

Hans İranın Yaxın Şərqdə artan iştirakından dərin narahatlığını ifadə edib. Onun sözlərinə görə, Tehran “nəzarət etdiyi qüvvələr vasitəsilə regionda özünü sistemli şəkildə təsdiq edir, onları şəxsi heyət, yüksək texnologiyalı silahlar və hərbi təcrübə ilə təmin edir”. Nazirin qeyd edib ki, 2022-ci ilin əvvəlindən İranın bölgədəki mülki və iqtisadi hədəflərə qarşı pilotsuz təyyarələr və yer-yer tipli raketlər kimi qabaqcıl silahlardan istifadə etməklə hücumları da daxil olmaqla, zorakılıq fəaliyyətində kəskin artım müşahidə olunub.

Nazirin sözlərinə görə, İran regionda böyük terror gücü formalaşdırır və bu məqsədlə Suriyadakı obyektlərdən istifadə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top