Azərbaycan Gürcüstandakı NATO təlimlərində iştirak edir

XARİCİ SİYASƏT 29 avq 2022, 20:07
Bu gün Gürcüstanda ABŞ-la "Layiqli tərəfdaş - 2022” birgə çoxmillətli təlimləri başlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. 

"Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili təlimlərdə iştirak edən Gürcüstan, ABŞ, NATO-ya üzv ölkələrin və tərəfdaş ölkələrin hərbi qulluqçularını beynəlxalq təlimlərin başlaması münasibətilə təbrik edib və öz çıxışında tərəfdaşlarla əməkdaşlığın vacibliyini vurğulayıb”, - məlumatda deyilir.
Ətraflı

Nazirlikdən verilən məlumata görə, bu təlimlər artıq altıncı dəfədir ki, Gürcüstanda keçirilir. Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığın və qarşılıqlı fəaliyyətin artırılmasıdır.

Bu il təlimlər tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Builki çoxmillətli təlimlərin iştirakçıları: Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa çoxmillətli briqadası, Ukrayna və İsveç silahlı qüvvələridir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top