Mikroavtobus və minik avtomobili toqquşdu, xəsarət alanlar var

HADİSƏ 24 avq 2022, 22:30
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Mikroavtobusla “VAZ” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar - 1960-cı il təvəllüdlü Rasim Abbasov və daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir. Onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəza nəticəsində avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı mağazaya çırpılıb.

Faktla bağlı araşdırmalara başlanılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top