İlham Əliyev bu ölkələrdəki səfirləri geri çağırdı

XARİCİ SİYASƏT 19 avq 2022, 18:28
Azərbaycanın bəzi ölkələrdəki səfirləri geri çağırılıb.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bundan əlavə, Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıllıb. Dövlət başçısının digər sərəncamı ilə R. Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Digər sərəncamla Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Daha sonra o, Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top