Prezident yeni səfirlər təyin etdi — SƏRƏNCAM

XARİCİ SİYASƏT 19 avq 2022, 18:19
Azərbaycanın Argentinaya yeni səfiri təyin edilib.

Demokrat.az
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
 
Ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri də təyin edilib. Bu vəzifəyə Ramin Müzəffər oğlu Həsənov təyinat alıb.

Bundan başqa, Prezident Rəşad İntiqam oğlu Novruzu Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Daha bir sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə də sərəncam verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top