"Gedib işləsin, canı çıxsın daş daşısın, uşaqlarına baxsın"

SOSİAL 18 avq 2022, 23:28
"Təndirlərdə çörək bişirib evdə kişi saxlayırsınız. Ayıb olsun qayınana, ata, arvad, qadın hesabına yaşayan kişilərə. Gedib işləsin, canı çıxsın daş daşısın, uşaqlarına baxsın".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. O, işləməyən kişiləri tənqid edib:

"Evdə həyat yoldaşımla aramızda davamız onun üstündədir ki, nə edirsən işləməyi, gəl otur burada yaşayaq. Öz hesabıma ayaq üstündə duran qadınam. Sabah işləməsəm evimə çörək gətirənim var. Amma deyirəm ki, öz ayaqlarım üstündə durmalıyam. Bir şey baş verərkən uşaqlarımı qucağıma alıb, özümə, həyatıma baxmalıyam. Kişi olsaydım heç yatmazdım. Qayınanalar, qayınatalar kişiləri pis öyrədir. Bəziləri guya qız ərə verir, əksinə qız alırlar". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top