Gənc qızın sevgisi üçün atdığı addım eşidənləri şoka saldı — FOTO

MARAQLI 18 avq 2022, 19:49
Hindistanda qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Hindistanın Assam şəhərində bir gənc qız sevgisini sübut etmək üçün qeyri-adi yola əl atıb.

"Facebook"dakı 3 illik yazışmalardan sonra sevgilisi ilə görüşən gənc qız onun QİÇS xəstəsi olduğunu öyrənib.

Buna görə də o, sevgilisinin qanından öz bədəninə köçürüb və daha sonra bu barədə ona məlumat verib.

Hadisəni eşidənlər isə qız haqqında "Məcnun bunu eşitsə, məzarından qalxar" ifadəsini işlədərək heyrətlərini bildiriblər.

Qeyd edək ki, polis oğlan barədə araşdırmalara başlayıb. Qız isə xəstəxanada müalicə alır.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top