SSRİ DTK-nın birinci müavini Bobkov: “AXC-ni KQB-nin yaratdığı barədə deyilənlər cəfəngiyyatdır…”

GÜNDƏM 16 avq 2022, 09:48
“Azərbaycan Xalq Cəbhəsinin DTK tərəfindən yaradılması barədə deyilənlər cəfəngiyyatdır”.

Bu sözləri SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin birinci müavini olmuş Filip Bobkov sağlığında jurnalist Elmira Axundovaya verdiyi müsahibəsində deyib.

Müsahibəni haqqın.az saytı yayıb.

F.Bobkovun sözlərinə görə, SSRİ-də Xalq Cəbhələrini sovet dövlətini dağıtmaq istəyən qüvvələr yaratmışdı.

“Onlara Qərbdən çox güclü dəstək var idi. Mən Pribaltika xalq cəbhələrini, “Sayudis”i göstərə bilərəm. Onlar artıq “məsləhət” və dəstək üçün Bakıya gəlmişdilər. Vorkutada olan şaxtaçı tətillərini xatırlayırsınızmı? Şaxtaçılar amerikan pulları hesabına yaşayırdılar. ABŞ həmkərlar ittifaqı ora külli miqdarda pullar göndərirdilər. SSRİ-nin dağılması ilə bağlı iş çox ciddi şəkildə aparılırdı”-deyə Bobkov vurğulayıb.

DTK-nın sabiq sədr müavini 1993-cü ildə Prezident Əbülfəz Elçibəy və AXC hakimiyyətinin suqutu ilə bağlı da fikirlərini açıqlayıb: “AXC Azərbaycanda hakimiyyəti saxlaya biləcək qüvvədə deyildi. Ona görə ki, bu təşkilat spontan şəkildə yaranmış, üstəlik ziddiyyətlər üzündən parçalanmış təşkilat idi”.

F.Bobkov vurğulayıb ki, bu səbəbdən mərhum Heydər Əliyevin hakimiyyətə gəlişi heç bir sual doğurmurdu: “Mən onu  qanunauyğunluq hesab edirdim. Hesab edirəm ki, Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi xalqın ən düzgün qərarı idi. Mən onun Naxçıvanda yaşayarkən nufuzunun necə artdığını görürdüm”.

Filip Bobkov 2019-cu ildə vəfat edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top