Fikrət Sadıqov: “Ermənistan belə çətin vəziyyətdən çıxmaq istəyirsə…”

GÜNDƏM 15 avq 2022, 12:50
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində 5-ci görüş sentyabr ayında keçiriləcək. Bəs, bu görüşdən əsas gözləntilər nələrdir? 

Sualımızı sabiq diplomat, politoloq Fikrət Sadıqov cavablandırıb. Sabiq diplomat Demokrat.az-a açıqlamasında bildirib ki, bu görüşdə müəyyən nəticələr əldə oluna bilər:

“Ermənistan demək olar ki, blokada şəraitində yaşayır. İqtisadiyyatı tənəzzül vəziyyətdədir, yəni dalana düşən bir dövlətdir. Onun çıxış yolları Türkiyə və Azərbaycandır. Bunu İrəvanın özündə də yaxşı başa düşürlər. Təsadüfi deyil ki, Türkiyə elə özü təklif edib ki, danışıqlar başlansın, ancaq bir sıra şərtlər yerinə yetirilsin. Yəni, Ermənistan özünü sivil şəkildə aparsın, Azərbaycanla sülh sazişinə imza atsın. Delimitasiya məsələsində normal bir dövlət kimi bu məsələnin həllində maraqlı olsun. Təbii ki, Ermənistan Türkiyəyə qarşı olan ərazi iddialarında da əl çəksin. Əsas tələb və şərtlər budur”.

F.Sadıqov qeyd edib ki, Ermənistan tərəfindən bir sıra tələblərin əməl olunmadığına baxmayaraq, rəsmi Ankara bir alicənablıq nümayiş etdirərək sərhədləri açmağa da hazırdır:

“Müəyyən dərəcədə orada bəzi iş adamları artıq fəaliyyətdir. Bu da reallıqdır, həqiqətdir. Amma, təbii ki, diplomatik əlaqələrin qurulmasından hələ söhbət getmir. Yəni, deməyim odur ki, bütün məsələlər Ermənistanın mövqeyindən asılıdır. Əlbəttə, senytabrda növbəti bir görüşdür. Türkiyə böyük bir dövlətdir və Ermənistan əgər istəyirsə, bax belə çox mürəkkəb, çətin vəziyyətdən çıxsın bütün bu məsələlərdə güzəştə getməlidir. Əks halda, yenə də yoxsulluq şəraitində bundan sonra da yaşamağa davam edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top