Hər axşam Azərbaycandan minlərlə dollar Çinə necə axır?

SOSİAL MEDİA 14 avq 2022, 12:41
"TikTok"da atılan jetonlardan tutulan komissiya 50%-dir. Yəni siz bir müğənni, bloger, yaxud rəqəmsal pul yığına 20 dollar göndərirsinizsə, 10 dolları Çinə gedir".

Demokrat.az
Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas deyib. Ekspert bildirib ki, "TikTok" Azərbaycan dövlətinə vergi vermir, bunu da vətəndaş edir:





"Hər axşam Azərbaycanda minlərlə dollar "TikTok" ödənişləri olur. Təəssüf ki, "TikTok" Azərbaycan üçün nə qədər qazandığını açıqlamır. İşin maraqlı tərəfi odur ki, "TikTok" Azərbaycan dövlətinə vergi də ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV olmaqla ödəyir. Yəni "TikTok"da bir adama jeton göndərən istifadəçi həm 50% "TikTok"a komissiya, həm də 18% Azərbaycan dövlətinə vergi ödəyir. Bizdən fərqli olaraq, Türkiyə "TikTok"u vergiləndirməyə məcbur edib. "TikTok" Türkiyə ofisi Türkiyə hökümətinə 2021-ci ildə qazandığı 1.2 milyard lirəyə görə 92.9 milyon lirə rəqəmsal xidmət vergisi verib".

"10 milyonluq kiçik bazar olduğumuz üçün nə "TikTok", nə "Facebook", nə "Google" bizdə ofis açmır və dövlətlə hesablaşmır. Yalnız "Microsoft" ofisi fəaliyyət göstərir. Onlar da dövlət qurumlarına lisenziya satmaqla yalnız buradan pul daşımaqla məşğuldurlar. Ermənistanda innovasiya mərkəzi olan "Microsoft" Azərbaycandan pullar aparmasına baxmayaraq, bir dənə mərkəz açıb bizə fayda vermir", deyə Fərid Pərdəşünas əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top