“Xankəndidə qalan erməni terrorçularının ətrafında çəmbər daha da daraldı” — AÇIQLAMA

GÜNDƏM 12 avq 2022, 17:36
“Ordumuzun Şuşadan Xankəndinə vizual nəzarət imkanı var və bu nəzarət həm də mümkün hərbi addımlar zamanı erməni separatçı-terrorçuların qısa müddətdə təmizlənməsinə şərait yaradır. “Qisas” əməliyyatı nəticəsində isə Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərə nəzarət bərpa olundu”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Politoloqun sözlərinə görə, bu yüksəkliklər Xankəndiyə nəzarətin güclənməsinə imkan verir:



“Belə demək mümkünsə, Xankəndidə və ətraf ərazilərdə qalan erməni separatçı-terrorçular ətrafında çəmbər daha da daraldı. Əməliyyatın nəticələrindən biri də Laçın dəhlizinin alternativ marşruta köçürülməsi prosesinin sürətləndirilməsi, bunun qarşısındakı maneələrin aradan qaldırılmasıdır. Artıq bu ayın sonunda dəhlizin köçürüləcəyi gözlənilir. Bu, təkcə Laçın şəhəri, Zabux kəndi və hazırki dəhlizin keçdiyi ərazilərin Azərbaycana təhvil verilməsi ilə nəticələnmir, həm də Qarabağda qalan separatçı-terrorçu rejimin qaz, elektrik enerjisi və digər mühüm təminatına nəzarət imkanını gücləndirir”. 

Analitikin sözlərinə görə, dəhlizin keçəcəyi yeni yol da tamamilə ordumuzun nəzarətində olacaq: 

“Bütün bunlar Xankəndiyə nəzarətin təmin edildiyini deməyə imkan verir. Bu nəzarət terrorçuların həmin ərazilərdən təmizlənməsi perspektivini daha da yaxınlaşdırır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top