“Azəriqaz”ın boru xətlərinə qaz qəbulu cüzi azalıb

SƏNAYE VƏ ENERGETİKA 12 avq 2022, 17:06
Avqust ayının 11 günü ərzində “Azəriqaz” İstehsalat Birliyinin boru xətllərinə 107 milyon kubmetr qaz qəbul olunub.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

O qeyd edib ki, ondan sənaye xətləri üzrə 62,7 milyon kubmetr, əhali xətləri üzrə 44,3 milyon kubmetr təşkil edib.

R.Cavadov bildirib ki, boru xətllərinə qəbul olunan qazın həcmi keçən illə müqayisədə 0,8 milyon kubmetr (0,75 %) azdır: “Ondan sənaye xətləri üzrə azalma 3,5 milyon kubmetr, əhali xətləri üzrə artım 2,7 milyon kubmetr təşkil edib. Əhali xətləri üzrə Bakıda 1,6 milyon kubmetr, regionlarda isə 1,1 milyon kubmetr artım olub”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top