İqtisadçı: “Yerli camaat öz elində istirahət etməkdə çətinlik çəkir”

TURİZM 12 avq 2022, 15:00
“Son günlər ölkəmizdə dağ turizmində turistlərin sayının azalmasının şahidi oluruq. Həm Turizm Agentliyi, həm də bəzi yerli kanalların çəkilişləri bunu hava şəraiti ilə əlaqələndirirlər. Yəni, havanın qeyri-sabit və sərin keçməsi ilə əlaqələndirirlər. Amma, məsələyə tam baxdıqda görmək olur ki, əksinə bu qiymətlərin artması ilə bağlıdır”.
 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. İqtisadçının sözlərinə görə, keçən il Tovuzun ucqar kəndinə kimi getmək istəyən və əslən oralı olanlar belə bu il gedə bilmir:

“Səbəb gəlirlərin azalması və orada qiymətlərin yüksək olmasıdır. Misal olaraq, 1 kq ət alıb kabab etdirən şəxsə indi qiymət qalxdığından 600 qr ətin kababını edir. Bu başa düşüləndi, bəlkə də dağda yay mövsümü qısa olur və sahibkar qazanmaq istəyir.



Amma məsələnin digər tərəfi də odur ki, qiymət baha olduğundan yerli camaat artıq Bakıdan öz elinə istirahət etməyə getməkdə çətinlik çəkir, nəinki başqa rayondan gedib orada istirahət etsinlər. Digər misal, Naftalana əksər istirahət etmək üçün gedənlər paytaxt sakinləridir. Ətraf rayonlardan az adam ora gəlib bahalı oteldə qalır. İndi Bakı sakinlərinin də gəlirləri ötən ilə baxdıqda azalıb, demək istirahət yerlərinə gedənlərin sayı da azalacaq. Digər misal dünyada qiymət artımı olsa da, Türkiyənin özündə bizə baxanda istirahət daha ucuzdur. Sosial şəbəkələrdə kiçik araşdırma aparsanız, şərh yazanların çoxu gəlirlərinin azlığından və turizm zonasında od tutub yanan qiymətlərdən yazacaqlar.

Cənab nazir Mikayıl Cabbarov qeyd edir ki, bizi böhran gözləyir. Ancaq, turizm sahəsinə baxanda görmək olar ki, böhran zamanı kiçik addımlarla fəaliyyətdədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top