Deputat Kuba səfirliyinə başsağlığı müraciəti ünvanladı

GÜNDƏM 11 avq 2022, 11:57
Xəbər verdiyimiz kimi, Kubanın Matansas limanında baş verib.

Demokrat.az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşad Mirbəşir oğlu Kuba Respublikasının Azərbaycandakı səfirliyinə başsağlığı müraciəti ünvanlayıb. 

Müraciətdə qeyd olunur: "Kubanın Matansas limanında baş vermiş dəhşətli yanğın haqqında xəbər hər birimizi sarsıtdı. Dost Kuba Respublikasında  baş vermiş geniş miqyaslı yanğın nəticəsində xəsarət alanlar, həyatını itirənlər və itkin düşənlər haqqında xəbərlər Azərbaycan xalqı tərəfindən ürək ağrısı ilə qarşılanır. Bu ağır günlərdə Azərbaycan xalqı dost Kuba xalqının yanındadır. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu baş vermiş yanğın nəticəsində  həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir".

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top