XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür etdi

XARİCİ SİYASƏT 09 avq 2022, 18:02
“Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma təərfindən hücum olub. Onlar səfirlik ərazisinə daxil olarkən vandallıq aktları törədib, dövlət rəmzləri dağıdılıb, orada olan əşyalara xələl gətiriblər. Dövlət olaraq biz bunu tamamilə qınayırıq. Biz bunu tamamilə rədd edirik. Bu, tamamilə qəbuledilməzdir".

Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Başda qardaş Türkiyə olmaqla bir çox dövlətlər artıq buna öz etirazlarını bildiriblər. Bütün bu dönəmdə səssiz qalmayan bütün bizim dost dövlətlərə təşəkkürümü bildirmək istərdim”, - nazir vurğulayıb.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top