Turizm obyektləri reyestrə salınacaq

TURİZM 29 iyl 2022, 14:52
Yay fəsli gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi xarici ölkələrə üz tutut, kimisi də ölkə daxilində dincəlir. Ancaq bəzi hallarda insanlar getdikləri otelin vəd etdiyi keyfiyyətdə xidmət göstərməməsindən narazı qalırlar. Maraqlısı budur ki, bu cür turizm şirkətləri konkret bir məkanda, ofisdə fəaliyyət göstərmir. Və onlar əsasən sosial şəbəkələr vasitəsilə iş görürlər. Bəs, bu kimi dələduzlardan necə qorunmaq olar? 

Azərbaycan Turizm Assosiasiyası sədri Əhməd Qurbanov Demokrat.az-a deyir ki, tur paket alarkən ciddi araşdırma etmək lazımdır:

“Birinci növbədə mən tövsiyə edərdim ki, bu narazılıqları həmin otel və ya istirahət mərkəzidirsə, oranın rəhbərliyi məsul şəxsləri ilə danışsınlar. Yəni iradlarını onlara bildirsinlər bir çox hallarda həmin o rəhbərlik problemləri həll etməyə qadir olur. Əgər problemlərləri etməkdən boyun qaçırarlarsa və ya hər hansı bir problem yaşanarsa, biz onu danışıq yolu ilə və ya həmin istirahət mərkəzinə müxtəlif müraciətlərlə məsələni aradan qaldırmağa nail ola bilərik.”



Əhməd Qurbanov onu da əlavə etdi ki, turizm mexanizmlərinə nəzarət üçün yeni reyestrlərin hazırlanmasına başlanılıb:

“Burada birinci növbədə həm turizm şirkətləri və otellər üçün müəyyən qaydalar var ki, onlar öz adresslərini, şirkətin müxtəlif məlumatlarını reyestr xidmətinə daxil etməlidirlər ki, vətəndaşlar bunu açıq şəkildə görsünlər. Daxil etməzlərsə, artıq burada cəza müxanizmləri nəzərdə tutulub ki, həmin şirkətləri otelləri cəzalar gözləyir müxtəlif inzibati xətalar məcəlləsinə uyğun. Bu da artıq həmin şirktlərin qeyri-professional işləməklərinə dələduzluq faktları ilə işləməyinin qarşısını almağa kömək edəcək.”

Vətəndaşlara tövsiyə olunur ki, insanlar təklif olunan tur paketlərini almamışdan öncə  şirkətin rəsmi saytı ilə tanış olmalı, faktiki ofisi, həmin ofisdə çalışanların olub-olması haqqında məlumat toplamalıdır. Bundan başqa yarı qiymətə və çox ucuza təklif olunan tur paketlərinə aldanmamaq lazımdır. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top