Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi — FOTOLAR

SOSİAL 26 iyl 2022, 19:26
İyulun 26-da Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

Demokrat.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının çıxışından irəli gələn vəzifə və tapşırıqları vurğulayıb. Qərargahın fəaliyyətinin planlılıq, operativlik, şəffaflıq kimi prinsiplərə əsaslanaraq daha da təkmilləşdirilməsinin önəmini bildirib.

Sonra 2022-ci il iyulun 5-də Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin Suqovuşan və Ağdam istiqamətinə səfəri zamanı müəyyənləşdirilmiş məsələlərə dair müzakirələr aparılıb.

Zəngilan rayonunun Ağalı kənd sakinlərinin qayıdışının birinci mərhələsi üzrə 41 ailənin köçürülməsinə toxunan Qərargah rəhbəri Böyük Qayıdış prosesinin başlaması ilə əlaqədar qarşıda duran yeni vəzifələri qeyd edib.

İclasda Əlaqələndirmə Qərargahının cari fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən yaşayış məntəqələrinin şəhərsalma sənədlərinin hazırlanması, mühəndis-kommunikasiya və sosial infrastrukturla təmin edilməsi, habelə əhalinin qayıdışının təşkili və dayanıqlı məskunlaşması üzrə məsələlər müzakirə olunub.

Sonda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top