“S&P” Azərbaycanın kredit reytinqlərini təsdiqlədi

MALİYYƏ 23 iyl 2022, 15:26
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "Sabit" proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.

"Report" bu barədə “S&P”yə istinadən xəbər verir ki, stabil proqnoz agentliyin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının 2022-2023-cü illərdə Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlı gözləntilərini əks etdirir.

“Reytinq, həmçinin Ermənistanla açıq hərbi qarşıdurmaya qayıtmayacağı və Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üçün mənfi nəticələrinin məhdud olaraq qalacağı ilə bağlı gözləntidən irəli gəlir”, - “S&P”nin analitikləri bildirib.

Tədiyyə balansının yüksək profisiti gözlənildiyindən daha uzun müddət davam edərək xarici aktivlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olarsa agentlik reytinqin yüksəldilməsi barədə düşünə bilər.

“Hökumət rezidentlərin depozitlərinin dollarlaşmasının artması və ölkənin hələ də zəif olan bank sistemi ilə bağlı monetar siyasətin effektivliyi də daxil olmaqla, Azərbaycanın bəzi struktur maneələrini aradan qaldırmaq üçün islahatlar həyata keçirərsə, reytinq yüksəldilə bilər”, - “S&P” bildirib.

Suveren qiymətli kağızlar “BB” kateqoriyasında qiymətləndirilir və agentlik Azərbaycanın fiskal və xarici səhm mövqelərini ən güclülər sırasında hesab edir.

“Hökumət, əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nəzdində əhəmiyyətli likvid aktivlər toplayıb. Hökumətin 2025-ci ilə qədər ÜDM-in təxminən 60 %-i qədər likvid aktivlərə çıxış əldə edəcəyi və ümumi dövlət borcunun isə təxminən 20 %-i səviyyəsində qalacağı proqnozlaşdırılır. ÜDM-nin güclü aktiv mövqeyi ilə yanaşı, cari əlverişli neft qiymətləri də Azərbaycanın fiskal və tədiyə balansının göstəricilərini dəstəkləyir”, - agentlik bildirir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top