Niyə xoşbəxt ola bilmirik? — Psixoloqdan AÇIQLAMA

SOSİAL 17 iyl 2022, 16:19
Xoşbəxt olmaq böyüklərin arzusudur və hər kəs buna özünəməxsus şəkildə nail olmağa çalışır. Ancaq elə insanlar da var ki, uğur qazanmalarına baxmayaraq, yenə də həyatlarından narazıdırlar. Belələri özlərini "bədbəxt" adlandıraraq xoşbəxtliklərinin fərqində olmurlar.

Bəs, bu sindrom nə ilə əlaqədardır?

Psixoloq Roza Kazımlı Demokrat.az saytına müsahibəsində deyir ki, öz potensialını və uğurlarının dəyərini görən, özünü kəşf edənhər insan bu problemdən xilas yolunu tapa bilər.

“Baxmayaraq ki, hər hansı bir nailiyyət qazanır, olduğu yerdən narazıdırsa, bu cür insanlara perfeksionist insanlar deyilir. Hər kəs öz potensialinda inkişaf etdiyi təqdirdə yenə də öz olduğu yerdən narazı olur. Daima olaraq axtarışda və ya kimsə olmaq istəyində olur, ona görə razı qala bilmir, ona görə də əhval-ruhiyyə hər zaman stabil ya da aşağı olur. Keçmiş fəaliyyətləri yoxdur, keçmişdəki kimi sevinə bilmir, özgüvəni aşağıdır və əgər düzgün terapiya alıb müalicə etsələr, bu depressiv hal ötəri əhval-ruhiyyə pozuntusu ola bilər. Yəni daimi olaraq özünü bədbəxt yox, müvəqqəti olaraq bədbəxt hiss edib həyatının hissələrini yaşaya  bilərlər. Ək halda, dərin depressiv hallara yol aça bilər.”
Valideynlərin övladlarına aşıladığı tərbiyə də onların gələcəkdə cəmiyyətdəki davranışına təsir edir. Bu kimi hallar dost seçimində, iş-təhsil həyatında da özünü göstərir. Ətraf mühit faktorları da onların pessimist olmasına şərait yaradır.


“Perfeksionist insanlar həyatda heç vaxt xoşbəxt ola bilmirlər. Nə vaxt ki, onlar özlərini kəşf etməyə başlayırlar, öz uğurlarının fərqində olmurlar. Fərqindəliyin yaranması problemin 50 faizini həll etmək deməkdir. Fərqindəyəmsə, mən depresiyyanın ona görə əhval-ruhiyyəm aşağıdır, bu halda həm dərman vasitəsi, terapiyalarla həyatımı yenidən keçmiş rutinə sala bilərəm.”

Mütəxəssislər uzun illər bu mövzuda araşdırmalar etsələr də, xoşbəxtliyin daha çox genlərlə əlaqəli olduğunu deyirlər. Belə ki, genetiklər irsiyyət və tərbiyənin davamlı olaraq bir-birindən təsirləndiyini və bunun da öz növbəsində davranışlara ciddi təsir etdiyini müəyyənləşdirib. İnsanların xoşbəxtliyinin 50 faizi genlərə, 10 faizi həyat şəraitinə, 40 faizi isə şüurlu yanaşmasına, xüsusilə də, nikbin və ya pessimist olmasına görə dəyişir. Bütün bunlara baxmayaraq, vacib olan həyatımızda etdiyimiz seçimlərdir. O seçimlər ki, həm bizim, həm də gələcək nəsillərin xoşbəxtliyinə təsir edir.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top