"MEDİA ölkədə sağlam mətbu mühitin yaradılması üçün ortaya ciddi iradə qoyub"

MEDİA 16 iyl 2022, 17:26
"Medianın İnkişafı Agentliyi yarandığı gündən ölkədə korşalmış, yeni trendlərlə ayaqlaşmayan media "ənənələri"nin ortadan qalxması və ciddi perspektivlərə və həqiqi inkişafa hesablanan addımların atılması istiqamətində çox mühüm işlər görüb. MEDİA tərəfindən müxtəlif istiqamətlər üzrə fərdi jurnalist müsabiqələrinin elan edilməsi də sağlam tədbirlərin siyahısındadır".

Bu fikirləri Demokrat.az-a tanınmış jurnalist, siyasi analitik Samir Feyruzov bildirib.

O qeyd edib ki, MEDİA ölkədə sağlam mətbu mühitin yaradılması üçün ortaya ciddi iradə qoyub: 

"Birincisi, media qurumlarına dövlət dəstəyinin mexanizmləri tamamilə sağlamlaşdırılıb. Əvvəlki kimi, kimin adamı varsa, o da qalib elan edilmir. Tələblərə cavab verən media qurumları dövlətin dəstəyindən yararlana bilirlər. İkincisi, dövlət-media münasibətlərinin möhkəmləndirilməsi üçün strateji işlər görülüb. Dövlət-media-cəmiyyət birliyi kontekstində aqressiyadan kənar, nümunəvi münasibətlər sistemi formalaşdırılıb. Digər tərəfdən, MEDİA-nın qapısı hər bir jurnalist üçün açıqdır, halbuki KİVDF-nin zamanında bunu təsəvvür etmək belə çətin idi. Həmçinin, MEDİA beynəlxalq təcrübə ilə milli media dəyərlərimizin sintezini yarada bilib. Qlobal trendlər milli qəliblərə oturmaqdadır. Medianın çevikliyi artmaqla yanaşı, hadisələrə yanaşma tərzində də inqilabi dəyişikliklər baş verib. Ən ciddi məsələ Agentliyin strateji fəaliyyətə üstünlük verməsidir ki, bunun da şahidi oluruq. İnanıram ki, növbəti illərdə də Agentlik milli hədəflərimizə yönələn medianın daha möhkəm rıçaqlarını yaradacaq".

Zaur
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top