Urmiya gölünün dirçəlişi üçün İran parlemantindəki türklər birləşdi

DÜNYA 13 iyl 2022, 21:10
Urmiya gölünün quruması prosesi ilə bağlı narahatlıqlarla yanaşı, araşdırma və təhqiqatın təsdiqi ilə bu gölün su və ekoloji böhranının aradan qaldırılması və həlli məsələsi İran İslam Məclis Şurasının gündəminə gətirilib. 

Demokrat.az
bu barədə Təbrizin "Azərəncümən" saytına istinadən xəbər verir.

Məlumata görə, İslam Şurasının bugünkü açıq iclasında Kənd Təsərrüfatı, Su, Təbii Sərvətlər Komissiyası tərəfindən Məclis Şurasının ictimai palatasına təqdim edilən Urmiya Gölünün Bərpası Qərargahının uğursuz və təsirsiz fəaliyyətinin və tədbirlərinin araşdırılması planı İranın Azərbaycan vilayətlərinin nümayəndələrinin təşəbüsi ilə 158 səslə qəbul edilib.

Parlamentin qəti təsdiqi ilə Urmiya gölünün bərpası qərargahının araşdırma planı 18 sahədə nəzərdən keçirilərək tərtib edilib, parlamentin və müvafiq komissiyaların iş prioritetinə verilib, hazırda isə Urmiya gölünün bərpası qərargahı son illərdəki zəif və səmərəsiz fəaliyyətinə görə cavab verməlidir.

Qeyd olunur ki, Urmiya gölünün quruması prosesi ilə bağlı narahatlıqlar, bu hadisənin fəsadları və bərpası mümkün olmayan ekoloji ziyanın ən azı 6 vilayətin həyatına kölgə salaraq zərərli duz fırtınalarının mənbəyinə çevrilməsi Güney Azərbaycanda təqdirəlayiq milli birliyə səbəb olub. 

Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Kürdüstan və bir çox digər qonşu şəhərlərin nümayəndələri ümumi səyi bu göldə dirçəliş və mövcud problemin həllinə ümidləri az da olsa, artırır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top