Ermənistan bazarında hansı məhsullar bahalaşıb?

REGİON 07 iyl 2022, 11:40
Ermənistanın Statistika Komitəsi inflyasiya açıqlaması yayıb.

Rəsmi məlumata görə, iyunda istehlak qiymətləri 2021-ci ilin eyni ayına nəzərən 10,3 faiz yüksəlib.

Ərzaq məhsulları üzrə illik qiymət artımı 17,1 faiz göstərilir.

Hesabata əsasən, tərəvəz 45,8 faiz, çörək və taxıl məhsulları 19,9 faiz, meyvə 16,2 faiz, qəhvə, çay, kakao 11,9 faiz, balıq və dəniz məhsulları 11,8 faiz, ət məhsulları 11,6 faiz, süd məhsulları, pendir, yumurta 11 faiz, mineral su, bulaq suyu 8 faiz, şəkər, bal, şirniyyat 7 faiz, yağ və piylər 5,1 faiz bahalaşıb.

Siqaretin qiymətində 10,3 artım qeydə alındığı vurğulanır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top