Salyanda şəhidlərin xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirilir — FOTOLAR

SOSİAL 06 iyl 2022, 13:42
İyulun 5-də Salyan  rayon  Sarvan  kənd  stadionunda Salyan “Aran”  idman klubunun  təşkilatçılığı,  Salyan rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə  Salyan rayon Sarvan ərazi dairəsi üzrə şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turnirinə start verilmişdir.

Demokrat.az xəbər verir ki, turnirin  açılış mərasimində  kənd ərazi dairələrinin futbol komandaları , 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədova ,Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi,  Salyan “Aran”  idman klubunun  direktoru Vüqar Abdullayev ,Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, rayonun idman ictimaiyyəti və futbol  həvəskarları iştirak edirdi.

İlk öncə Dövlət himni səsləndirildi , sonra  torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra çıxış edən 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədova iştirakçıları salamlayaraq bildirdi ki, vətən varlığımız, qürurumuzdur. Vətən müharibəsində ölümün gözünə dik baxan, vətənini, torpağını canından və qanından əziz tutan igidlərimizin göstərdikləri döyüş nümunələri bütün dünyanı heyrətə gətirdi. Əsrlər ötsə də Azərbaycan əsgərlərinin igidliyi haqqında dastanlar yazılacaqdır. 

Sonra çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  tarix yazdı. O tarix ki, hər kəs onu səbirsizliklə gözləyirdi.  Azərbaycan haqq mübarizəsi apardı, ədaləti bərpa etdi. 44 günlük müharibə bu reallığı da göstərdi ki,  yalnız  Azərbaycan gəncliyi deyil, kimliyindən,  siyasi əqidəsindən, siyasi mənsubiyyətindən,   cavan və yaşlı, kişi və qadın olmasından  asılı olmayaraq hər kəs  ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır.

Sonra çıxış edən Salyan “Aran”  idman klubunun  direktoru Vüqar Abdullayev və digərləri çıxışlarında bildirdilər ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, xalqımız  birlik, həmrəylik göstərərək, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ordumuza dəstək göstərdi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək  qazandıq. 

Çempionatın I turunda açılış oyununda “Nicat Nur”  və Sarvan kənd ərazi dairəsinin komandaları qarşılaşmış və gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə bitmişdir.

8 komandanın iştirak etdiyi Salyan rayon Sarvan ərazi dairəsi üzrə şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turnirində yarışlar hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə A və B qrupları üzrə keçirilir. 05-24 iyul 2022 – ci il tarixlərdə baş tutacaq açıq futbol turnirində aşağıdakı qruplar üzrə oyunlar keçiriləcəkdir.

A qrupunda Şorsulu , Seyidsadıqlı , Dayıkənd və Noxudlu kənd ərazi dairələrinin komandaları mübarizə aparacaqdır.

B qrupunda “Nicat Nur” komandası  , Sarvan və Qızılağac kənd ərazi dairələrinin komandaları və “Lokomotiv” komandası mübarizə aparacaqdır. Turnirə  24 iyul 2022-ci il tarixdə yekun vurulacaqdır.

05 iyul 2022 –ci il tarixdə turnirin I oyun günündə aşağıdakı nəticə qeydə alınmışdır:

“Nicat Nur”  - Sarvan  2:2

06 iyul 2022 – ci il tarixdə turnirin II oyun günündə aşağıdakı oyun keçiriləcəkdir.

Saat 18:00 “Lokomotiv”  - Qızılağac



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top