“Eurasianet”: “Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli imkanlarını öyrənir”

SƏNAYE VƏ ENERGETİKA 06 iyl 2022, 08:43
“Avropa Rusiya təbii qazına alternativ mənbə axtardığı dövrdə, Türkiyə Azərbaycan vasitəsilə Türkmənistan “mavi yanacağı”nın ölkəyə nəqli ilə bağlı imkanlarının öyrənildiyini bəyan edib”.

Bu barədə ABŞ-ın “Eurasianet” saytında dərc edilən məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, bu məqsədlə hazırda yalnız Azərbaycan təbii qazının nəql edildiyi TANAP kəmərindən istifadə edilməsi nəzərdə tutulub.

Bildirilib ki, qoca qitədə enerji böhranı başlayandan bəri azərbaycanlı rəsmilər Avropanın Azərbaycandan təbii qaz ixracının artırılması ilə bağlı çağırışlarını açıq şəkildə dəstəkləyib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top