Qaraçuxurda yol qəbiristanlığa satılıb? — AÇIQLAMA

SOSİAL 05 iyl 2022, 16:50
Bu gün sosial şəbəkələrdə Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1-ci zolağının qəbiristanlıq ərazisinə satılması və 180 yeni qəbr yeri hazırlamaq üçün işə başlanması ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı İndex.az olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən əraziyə Qaraçuxur bələdiyyəsi nəzarət edir.

Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov isə İndex.az-a bildirdi ki, heç bir torpaq satışından söhbət belə gedə bilməz:

“Sadəcə ərazidə olan torpaq sürüşmələrinin qarşısını almaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən istinad divarı inşa edilir”.



AAYDA-nın mətbuat katibi Anar Nəcəfli İndex.az-a verdiyi açıqlamada həmin ərazidə istinad divarının inşa edildiyini və hər hansısa torpaq alqı-satqısının olmadığını bildirdi:

“Sözügedən ərazidə torpaq sürüşməsinin qarşısını almaq məqsədi ilə AAYDA tərəfindən istinad divarı inşa edilir. Yol əvvəlki kimi 4 zolaqlı olaraq qalacaq, daraldılmayacaq. Əksinə, həmin yolun yenidən təmiri, müasir piyada səkilərinin qurulması nəzərdə tutulub”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top