Ermənistan Araz çayının sahilində bənd tikilməsi barədə qərar qəbul etdi

REGİON 04 iyl 2022, 14:12
Ermənistan hökuməti iyunun 30-da keçirilən iclasında Araz çayı ilə bağlı qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, qəbul edilən qərarla gələcək dağılmalardan yayınmaq üçün Araz çayının keçmiş məcrasını bərpa etmək planlaşdırılır.

Əsaslandırmada iddia olunur ki, Araz çayının sərhədin müvafiq hissəsində, təxminən 6,5 km uzunluğunda keçmiş məcrasının bərpa edilməsi, gələcək dağılmalardan yayınmaq üçün qolunun ləğv edilməsi (giriş və çıxışın bağlanması) zəruridir.

Həmçinin Araz çayının sularını əvvəlki məcraya yönəltmək üçün çayın hazırkı məcrasında, müvafiq sərhəd nişanının yanında bəndin salınması, uzunluğu təqribən 130 m və dərinliyi 8 m olan torpaq maneənin bərpası təklif olunur.(ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top