Qarabağ uğrunda vuruşan polislər o torpaqlarda asayiş keşikçisinə çevrildilər

GÜNDƏM 02 iyl 2022, 14:08
Bu gün Azərbaycan Polisi Günüdür. İkinci Qarabağ Müharibəsinin gedişatında, habelə ölkədə asayişin təminatında polisin oynadığı çox böyük rolu anlayaraq qəbul edənlər üçün gün adi deyil.

İkinci Qarabağ Savaşı günlərində Daxili İşlər Nazirliyinin hərbi hissələri millətimizin və dövlətimizin tarixində həddən ziyadə önəmli mərhələdə düşmənə qarşı amansız döyüşlərdə şücaətlə döyüşdülər.

Azərbaycan ordusu həmin günlərdə güllə yağışının altında Qarabağ arzusu ilə irəliləyirdi. Ordunun müzəffər sıralarına, xas polada çevrilmiş səflərinə könüllülər və səfərbər edilənlərlə bahəm polisimizin say-seçmə mənsubları, elitar hissələri də qatılmışdılar.



Savaşda onlar daim öndə idilər.

Müharibə bitdi, erməni işğalına son qoyuldu.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təminatında polis yenə ön sırada oldu.

Həmin torpaqlar üçün vuruşan polislər o torpaqların asayişinin keşikçisinə çevrildilər.

...İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümünü qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.



Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən DİN-in Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı, eləcə də dövlət başçısının Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də imzaladığı Sərəncamla nazirliyin bir qrup əməkdaşının təltif etməsi bunun əyani göstəricisidir. Belə ki, Sərəncama əsasən cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 18 əməkdaşı "Vətən uğrunda", 7 əməkdaşı isə "İgidliyə görə" medalları ilə təltif olunublar. Həmçinin dövlət başçısının digər Sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd əməkdaşına polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.



Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
Ətraflı

Xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə tədbirlər görülüb.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Dövlət başçısının diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, "qaynar xətt" və digər informasiya resursları yaradılıb, polisin "ASAN xidmət" mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.



Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.

Çünki bugünkü Daxili İşlər Nazirliyinin memarı general-polkovnik Ramil Usubovdursa, yenilənmə və islahatların təkanverici qüvvəsi nazir Vilayət Eyvazovdur.

O, DİN-in saat mexanizmi təki fasiləsiz fəaliyyətini təmin edib: metafora təsadüfi deyil və gəlişigözəl təhkiyə də sayılmamalıdır.

Azərbaycan Polisi ölkədə kriminalitetin qarşısını qabaqlayıcı tədbirlərlə alan unikal sistem yaradıb. Həmin sistem ölkənin və dövlətin ən etibarlı, işlək və stabil dayaqlarından biridir.



Təbii ki, problemlər də var, nöqsanlar da, çatışmazlıqlar da. Onları kim inkar edir ki?!

Fəqət dövlət başçısı İlham Əliyevin nəzarəti ilə transformasiyaya uğrayaraq dəyişən və inkişaf edən Azərbaycan Polisi vətəndaşlardan ibarət Dövlətin keşikçisi ilə yanaşı, tərkib hissəsi və gücü olduğunu göstərir.

Həmin sistem, güc və qüvvə Azərbaycanın özüdür.

Polisi kimi.(milli.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top