"Rusiya Ukraynaya 3 minə yaxın raket atıb"

REGİON 01 iyl 2022, 20:52
"Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb".

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3 minə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti bu vəziyyətdə tək qalmamalıdır”, - Zelenski bildirib.


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top