Bakıda bu yollarda sıxlıq var — SİYAHI

SOSİAL 29 iyn 2022, 18:56
Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi hazırda Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən  verilən məlumata görə, vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesində Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
3. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas və kənar yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən, Çerment körpüsünə qədər əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq
4. Tbilisi prospektində, 20 yanvar dairəsindən İzmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər və, əks istiqamətdə İzmir küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq
5. Abdulvahab Salamzadə küçəsində Tbilisi prospekti ilə kəsişmədə körpünün üstündən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
6. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq
7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospekti istiqamətində sıxlıq
8. Abbasqulu ağa Bakıxanov küçəsində, Tbilisi prospekti ilə kəsişmədən Türkiyə səfirliyi istiqamətində sıxlıq
9. Atatürk prospektində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
10. Əhməd bəy Ağaoğlu küçəsində Təbriz küçəsi ilə ksəişmədən Xətai prospekti ilə kəsişməyədək sıxlıq
11. Heydər Əliyev prospektində, Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda sıxlıq
12. Mikayıl Əliyev küçəsində Neft Emalı zavodunun yanından Heydər Əliyev prospekti istiqamətində dairəyə qədər sıxlıq
13. 28 may küçəsində, Rəşid Behbuodv küçəsi ilə kəsişən hissəsində sıxlıq
14. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üstü sıxlıq
15. Mikayıl Useynov prospektində Bayıl yolundan Azneft dairəsinə düşən hissədə sıxlıq müşahidə olunur.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top