“Dendrologiya Bağı”nın nizamnaməsi və strukturu təsdiqləndi

SOSİAL 28 iyn 2022, 20:26
Baş nazir Əli Əsədov “Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən:

 1.1. Dendrologiya Bağı (bundan sonra – Bağ) ona aid ərazinin idarə edilməsi, mühafizəsi, bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması, ərazisinin qorunması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində (bundan sonra ̶müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Bağ Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərir.

1.3. Bağ öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və Bakı Şəhər İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Bağ öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Bağın müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Bakı Şəhər İcra Hakimiyyətinin adı, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Bağ ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Bağ sahibkarlıq fəaliyyəti ilə yalnız həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi hallarda məşğul ola bilər.

1.7. Qanuna uyğun olaraq Bağın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Bağ məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Bağ Bakı şəhərində yerləşir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 avq 2022, 16:18
Top