Ukrayna Kiyevə raket hücumuna cavab hazırlayır

HƏRBİ 26 iyn 2022, 15:42
Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Ukrayna Rusiyanın bu gün Kiyevə raket hücumuna cavab hazırlayır.

Demokrat.az
xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb. Aretoviç cavab zərbəsinin hədəfinin qeyri-mülki əhalinin olacağını vurğulayıb. "Kreml axmaqları elə bilir ki, biz dağılacağıq. Biz isə cavab verəcəyik. Yalnız sizin kimi dinc insanlar üçün deyil. Komanda postları üçün", - o yazıb.

Qeyd edək ki, bu gün səhər Rusiya Xəzər dənizindən Kiyevə raket zərbələri endirib. 

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, zərbə Xəzər dənizi regionundan Rusiya Federasiyasının yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə endirilib. İlkin olaraq, bu gün 4-dən 6-ya qədər raket atılıb, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top