"Nazirlik, komitə, idarə özünə aid olan sahədə qiymətlərin qaldırılmasında maraqlı olur" — AÇIQLAMA

GÜNDƏM 24 iyn 2022, 19:10
“Azərbaycanda həm dəmir yollarının, həm də hava yolları nəqliyyatının qiyməti çox yüksəkdir”.

Bunu Demokrat.az-a açıqlamasında  Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Partiya sədri hesab edir ki, bir çox hallarda dövlət bu məsələlərdə əlavə xərcləri öz üzərinə götürməlidir:

“Bununla da, vətəndaşlarımız normal qiymətlərlə səyahət edə bilərlər. Ümumiyyətlə, Azərbaycanın o qədər böyük ərazisi olmadığı üçün burada qiymətlərin bu qədər yüksək olması da anlaşılan deyil. Onsuz da insanların gəlirləri aşağıdır. İstər pandemiya, istərsə də digər iqtisadi səbəblərdən qiymətlərin qaldırılması düzgün deyil. Nazirlik, komitə, idarə özünə aid olan sahədə qiymətlərin qaldırılmasında maraqlı olur. Və bunun lobbiçilyi ilə məşğul olur və qiymətləri qaldırırlar. Maraqlısı odur ki, qiymətlərin qalxmasına baxmayaraq sürət qatarının keyfiyyəti, sürəti və komfortu artmır. Düşünürəm ki, bunların hamısı, o cümlədən alıcılıq qabiliyyəti, insanların gəlirləri hesablanmalı və ona uyğun qiymət müəyyən edilməlidir. Yoxsa kimin ağlına nə gəlir o qiymətə bilet satmaq olmaz!”

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top