Azərbaycanın apardığı müstəqil siyasət İranın bəzi siyasi dairələrini narahat edir — SƏBƏB

GÜNDƏM 21 iyn 2022, 17:32
“İranın bəzi nüfuzlu siyasi dairələrini Azərbaycanın müstəqil və öz maraqlarına uyğun apardığı siyasət narahat edir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq qeyd edib ki, Azərbaycan yumşaq desək İranın rəqibləri, bəzi hallarda isə onun qatı düşmənləri ilə münasibətlər qurur və praqmatik əsaslarla bunu edir:

“Bilirik ki, xüsusən İsraillə münasibətlərin kifayət qədər istidir, eyni zamanda birgə layihələrimiz var. Digər tərəfdən ərəb ölkələri ilə, xüsusilə də Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz son zamanlar daha da aktivləşib və biz birgə layihələrə imza atmışıq. “Yaşıl enerji” ilə bağlı layihələrə həm İsrail şirkətlərini, həm Səudiyyə Ərəbistan şirkətlərini Qarabağa dəvət etmişik və orada quruculuq işləri gedir. Əlbəttə ki, bu, İran dairələrinin gözündən çəkilməyə bilməz və bunu görürlər. Bunu da özlərinə düşmən addım kimi hesab edirlər və yaxud da ki, qələmə verməyə çalışırlar. Azərbaycan dəfələrlə deyib ki, biz nəinki İrana, digər ölkələrə ,yeri gəlmişkən Rusiayya qarşı öz ərazilərimizi istifadə etməyə imkan verməyəcəyik. Çünki bu bizim maraqlarımıza uyğun deyil. Təbii ki, bunu bizim tərəfdaşlarımız, o cümlədən İsrail və Səudiyyə Ərəbistanı da çox gözəl bunu bilir və anlayırlar”. 

Politoloq onu da əlavə edib ki, bununla bağlı indiyədək İran tərəfindən əsaslı sübutlar olmayıb:

“Azərbaycan ərazilərinizdən İran tərəfinə təhdidlər gəlməsi ilə bağlı heç zaman əsaslı sübutlar olmayıb. Ona görə də, bu əsassız fikirlərdir. Təəssüflər olsun ki, bəzi siyasi dairələr bu qrupların əlində bir vasitədir, alətdir ki, burada Azərbaycana qarşı istifadə edirlər. Burada bir məsələ var ki, istisna etmək olmaz ki, burada ermənipərəst qüvvələr də rol oynayır. Son zamanlar onlar da orada aktivləşiblər. Çünki Paşinyanın İranın rəsmiləri ilə əlaqələri də göz önündədir, apardığı söhbətlər də göz önündədir. Burada da əksinə bizim suallarımız İran rəhbərliyinə daha çox yaranır nəinki onların bizə”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top