“Ukraynanın bu əməliyyatı etməsi əslində...” — ŞƏRH

GÜNDƏM 20 iyn 2022, 16:28
Ukrayna Silahlı Qüvvələri Rusiyanın İlan (Zmeynıy) adasındakı hərbi bazasına raket zərbələri endirib. Şahidlər Ukrayna ərazisindən adaya doğru çoxsaylı raket atəşinin açıldığını söyləyiblər. Məlumata görə, adada Rusiya qoşunlarının çoxsaylı Hərbi Hava Qüvvələri, benzindaşıyan avtomobilləri, radiolokasiya sistemi, habelə idarəetmə mərkəzi yerləşir.

Məsələyə münasibət bildirən politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ məhz Rusiyanın hərbi qətiyyətini qırmaq və Rusiyanı qorxutmaqdır:

“Xatırlayırsınızsa, müharibənin əvvəllərində Rusiyanın Qara dəniz donanması münaqişədə aktiv şəkildə iştirak edirdi. Onlar Ukrayna sahil xəttinə çox yaxın yerləşmişdilər və dayanmadan Ukrayna şəhərlərini raket atəşinə məruz qoyurdular. Məhz ilk dəfə “Moskva” kreyserinin vurulması, daha sonra İlan adası yaxınlığında digər Moskva hərbi katerinin vurulması ilə Rusiyanın Qara dəniz donanmasını flaqmanı batdı və digər qayığın batmasında sonra Rusiya müharibədən qorxdu. Və Qara dəniz donanmasını dənizin içinə doğru çəkməyə məcbur oldu. Bundan sonra Ukrayna ordusu effektiv şəkildə Odessa limanını minaladı və Rusiya ordusu Odessaya desant ordusu çıxara bilmədi”. 



Politoloq qeyd edib ki, Odessanın müdafiə olunması üçün bu minaların xüsusi əhəmiyyəti var:

“İndi İlan adasının, yenidən Rusiyanın hərbi bazasını raket atəşinə tutması onu deməyə əsas verir ki, Ukrayna Qara dəniz sahillərində Rusiyanın bərkiməsinə icazə vermək istəmir. Bu minvalla həm də Rusiyanın özünün təhlükəsi olmadığını göstərmək istəyir. Çünki Rusiya dəfələrlə xəbərdarlıq edib, öz hərbi obyektlərinin Ukrayna dairəsindən vurulmasına qarşı çıxış edib. Təsəvvür edin, bir neçə dəfə biz şahid olmuşuq ki, Rusiya deyib ki, Ukraynanın hər hansı Rusiya obyektini vurması müharibəyə səbəb olacaq Rusiya ərazisində. Qeyd edim ki, Ukrayna burada Krım adasını öz ərazisi sayır, ona görə də, İlan adasındakı baş verənlər Ukraynanın əslində Rusiyanın əsəblərini test etməsidir. Çünki Rusiya da Krımı və İlan adasını öz ərazisi sayır. Belə bir ərazidə Ukraynanın bu əməliyatı etməsi əslində Ukraynanın Rusiyanın təhdidlərinə boyun əymədiyi və sona qədər qətiyyətlə müdafiə olunacağını göstərir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top