III Dünya Müharibəsi bütün dünyada elan edildi — Papa Fransisk

DÜNYA 14 iyn 2022, 17:44
İtaliyanın "La Stampa" qəzeti iyunun 14-də Roma Papası Fransiskinin müsahibəsini təqdim edib. 

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Roma papası müsahibəsində maraqlı məqamlara toxunub. O bildirib ki, artıq bütün dünyada III Dünya Müharibəsi elan edilib:

“Bir neçə il əvvəl ağlıma gəldi ki, biz üçüncü dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün inanıram ki, artıq üçüncü dünya müharibəsi elan edilib. Və bu, bizi düşündürməli olan bir şeydir. Bu, bəşəriyyət üçün pisdir, fəlakətdir”.

Papa Fransisk xatırladıb ki, münaqişələr təkcə Ukraynada deyil, digər ölkələrdə də davam edir:

“Müharibənin hələ də davam etdiyi və heç kimin vecinə olmadığı Afrikanın bəzi hissələrini, Nigeriyanın şimalını, Konqonun şimalını düşünün.  Myanma və Rohincaları götürək. Dünya müharibədədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top