“Bəli, bu yazışma olub, amma...” — YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovdan MÖVQE

GÜNDƏM 14 iyn 2022, 15:52
Xəbər verdiyimiz kimi, hazırda  Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədri olan Həbib Misirovla bağlı şok yazışma ortaya çıxıb.  H.Misirovun qadınla yazışarkən qarşı tərəf ona  "Səndən uşağım olsun" təklifini edib. 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 32gun.az-ın redaksiyası ilə əlaqə saxlayaraq xəbərə mövqeyini bildirib:

"Bu mənə qarşı 2016-cı ildə olan şər, qarayaxma kompaniyasıdır.

 Bəli, yazışma 2016-cı ildə olub. Amma mən qarşı tərəfi məhkəməyə vermədim. Məsələnin üzərinə getmədim. 

Bildirim ki, Mən Prezident yanında İdarəçilik Akademiyasını bitirmişəm. 2000-ci ildən YAP-ın üzvüyəm. 2006-cı ildə aktiv ictimai-siyasi fəaliyyətlə məşğulam. YAP gənclər birliyinin ərazi üzrə rəhbərliyinə təmsil olunmuşam. 

Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədriyəm. 

Həmçinin 10 il “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində çalışmışam.Sədr müavini olmuşam. Cavid Qurbanovun atası Qənbər Qurbanov el ağsaqqalımız olub, şükürlər olsun ki onun övladları da var, nəvələri də var. Həmçinin ona qulluq edən insanlar da vardı. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top