Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ

SOSİAL 12 iyn 2022, 14:14
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliğatı və ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli Demokrat.az-a bildirib ki, "Son zəng"lə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi müvafiq göstəriş verib.

“İyunun 14-ü Bakı şəhəri ərazisində "Son zəng" qeyd olunacaq. Bununla əlaqədar, artıq Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi əsasında şəhər ərazisində post patrul və yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin, yol polisi sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edir ki, şəhər ərazisində sürət həddi və ara məsafəsinə diqqət yetirsinlər, məktəb ərazilərində son dərəcə diqqətli olsunlar”.

“Eyni zamanda yol polisi sürücülərdən xahiş edir ki, avtomobili azyaşlı uşaqlara verməsin və onları nəzarətsiz buraxmasınlar. Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, sürücülük hüququ olmayan 11-ci sinif məzunları və digər aşağı sinif şagirdləri valideynlərinin, yaxud yaxın qohumlarının avtomobili ilə yol nəqliyyat hadisəsi törədir və ya digər xoşagəlməz hallar baş verir. DYP valideynləri bu hala diqqətli olmağa çağırıb” - deyə müraciətdə bildirilir.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top