Çimərliklərdə viruslardan qorunmaq üçün nə etmək lazımdır? — AÇIQLAMA

SOSİAL 11 iyn 2022, 12:30
Bildiyimiz kimi, yay aylarında insanlar daha çox üz tutduğu çiməriklərə, hovuzlara və digər məkanlara üz tutur. Bəs, burada viruslardan qorunmaq üçün nə etmək lazımdır? Parklar, çimərliklər, dəniz, hovuzlar, idman meydanları nə qədər risklidir?

Türkiyədən olan daxili xəstəliklər uzmanı Metin Okucu Demokrat.az-a açıqlamasında bildirib ki, harada oluruqsa olaq virusdan qorunmaq üçün qoruyucu tədbirləri arxa plana keçirmək olmaz. Mütəxəssis bildirib ki, bu məkanlarda virus daşıyıcı olan bir nəfərin olması və ətrafdakıların da qoruyucu tədbirlərə əməl etməməsi onların da asanlıqla yoluxmasına şərait yaradır:

“Ələlxüsus virusa yoluxan şəxs ucadan danışırsa və ya öskürürsə, asqırırsa bütün bunlar risk faktorudur. Bunlar olmasa belə virusa yoluxan şəxslə yaxın məsafədə nəfəs almaq belə risklidir”.



Həkim deyib ki, dənizdə olarkən, günəş qəbul edərəkən ətrafdakılarla 3-5 metr ara məsafəni gözləmək lazımdır:

“Virusun küləklə, dənizlə yoluxmasına dair isə hələlik hər hansı fakt yoxdur. Məsafə gözlənilərsə, çimərliklər də təhlükəsiz olar. Eləcə də virusun sudan ağıza və ya udma yolu ilə yoluxmasına dair hər hansı məlumat yoxdur. Hovuz normal şəkildə xlorlanıbsa və digər gigiyenik tədbirlər görülərsə, hovuzlar da təhlükəsiz olar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top